Azərbaycanda toy yasa döndü – 1 ölü, 14 yaralı

Şəmkir rayonunda mikroavtobus qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun “Yasamal aşırımı” adlanan ərazisində baş verib.

Qəza nəticəsində sürücü ölüb. 14 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobus toy karvanında hərəkət edirmiş.