Azərbaycanda toz firtınası qeydə alındı – FOTO

Qobustan rayonunda toz fırtınası qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, Bakı-Qazax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində toz fırtınası baş verib.

Nəticədə avtomobillərin hərəkətinə çətinliklər yaranıb.