!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda tullantıların çeşidlənməsinə başlanılacaq

!Reklam – Yazi

Yaxın vaxtlarda bütün ölkə üzrə tullantıların çeşidlənməsinin tətbiqinə başlanılacağı gözlənilir.

Yenicag.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib.

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Nərimanov rayonu ərazisində tullantıların çeşidlənməsi ilə bağlı layihəyə başlanılıb. Həmin ərazidə ilkin olaraq əhalinin tullantıların çeşidlənməsi işinə cəlb olunması ilə bağlı tədbirlər keçirilir: “İlkin nəticələr ürəkaçandır. Çox güman ki, yaxın vaxtlarda bütün ölkə üzrə tullantıların çeşidlənməsinin tətbiqinə başlayacağıq”.

M.Nəbiyev əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən ildən tullantıların toplanması üçün xüsusi konteynerlər hazırlamağa başlayıb. Həm plastik, həm də emal üçün yararlı olan digər tullantıların toplanması ilə bağlı artıq 37 şəhər və rayonda 200-dən çox konteyner istifadəyə verilib: “Təkrar emal müəssisələri çeşidlənmiş tullantını qəbul etməyə hazır olur. Əgər tullantı çeşidlənmirsə, onun təkrar emala cəlb olunması da çətin olur”.

www.yenicag.az

1471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv