Ucar rayonunda təmir işləri zamanı baş verən uçqun nəticəsində palçıq kütləsinin altında qalan iki nəfərin “Azərsu” ASC əməkdaşları olduğu məlum olub.
Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Report-a açıqlamasında deyib:
“Ucar şəhərində kanalizasiya xəttində qəza aradan qaldırılarkən baş vermiş torpaq uçqunu zamanı 2 əməkdaş xəsarət alıb. Onların həyatı üçün təhlükə yoxdur. Vilnur Sadıqov adlı əməkdaşımız hazırda Ucar Rayon Mərkəzi Xəstəxanasında müayinə olunur”.
***
20:07
Ucarda uçqun altında qalan iki nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonunda yeraltı su xətlərində təmir işləri aparılan zaman yaranan uçqun nəticəsində 2 nəfərin palçıq kütləsinin altında qalması barədə məlumat daxil olub.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Görülən tədbirlər nəticəsində 2 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.
www.yenicag.az