Azərbaycanda universitet müəllimi 37 yaşında vəfat etdi – FOTO

Sumqayıt Dövlət Universitetinin əməkdaşı Samin Qocayev vəfat edib.

Yenicag.az xəbər verir ki, 37 yaşlı müəllimin səhər saatlarında qəfil ürəktutmasından dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, S.Qocayev 2014-cü ildən universitetdə Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa Tarixi kafedrasında baş müəllim vəzifəsində çalışıb.