Azərbaycanda uşaqlar arasında piylənmə artıb

“Son 20 il ərzində Azərbaycanda uşaqlar arasında piylənmənin artım tendensiyası müşahidə edilir. Bunun da səbəbi Qərb mətbəxindən “fast food”ların geniş yayılmasıdır”.

Yenicag.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.

Onun sözlərinə görə, 2019-cu ildə piylənmə ilə əlaqədar 1 234 nəfər ilkin dispanser qeydiyyatına alınıb, onlardan 667 nəfəri 0-17 yaşlı uşaqlardır:

“Ümumilikdə qeydiyyatda olan 5 591 nəfərdən 1 291-i 0-17 yaşlı uşaqlar olub. Bu da o deməkdir ki, bu sahədə artım tendensiyası müşahidə olunur.

Artıq çəkidən əziyyət çəkən insanlarda şəkərli diabetə rast gəlinir. 2020-ci ildə 287 mindən çox şəkərli diabet xəstəsi qeydə alınıb. Diabet xəstələrindən 1 957 nəfəri 0-17 yaşına qədər uşaqlardır”.