Azərbaycanda uşaqlara ən çox hansı adlar qoyulub?

Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Yenicag.az xəbər verir ki, 2021-ci il ərzində uşaqlara qoyulan adlar arasında ilk onluğu təqdim edir.

Belə ki, ötən il oğlan uşaqlarına ən çox verilən ad Əli olub. Bu ad il ərzində 1624 uşağa qoyulub.

Beləliklə, Əli adı il boyu uşaqlara verilən adlar arasında öz populyarlığını qoruyub saxlayıb.

Bundan əlavə, doğumu qeydə alınmış oğlan cinsindən olanlardan 1548-nə Yusif, 1505-nə Hüseyn, 1486-na Uğur, 1098-nə Məhəmməd, 980-nə Ömər, 868-nə Murad, 741-nə Raul, 705-nə Tunar və 696-na isə Ayxan adı verilib.

Həmçinin qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. Ötən il ərzində bu ad 1625 uşağa verilib.

Bundan əlavə, doğumu qeydə alınmış körpələrdən qız cinsi olanlardan 1275-nə Zeynəb, 1217-nə Məryəm, 1160-na Fatimə, 1154-nə Aylin, 1105-nə Mələk, 987-nə Nilay, 927-nə Nuray, 813-nə İnci və 750-nə isə Mədinə adı qoyulub.

Beləliklə, 2021-ci il ərzində uşaqlara ən çox qoyulan adlar Əli və Zəhra olub.