!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda uzunömürlülüyün ən çox və ən az qeydə alındığı ərazilər

!Reklam – Yazi

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu uzunömürlülük indeksinin aşağı və yüksək olduğu ərazilərin adlarını açıqlayıb.

Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova Trend-ə deyib ki, Azərbaycanda ən yüksək uzunömürlülük indeksi cənub bölgəsi və Dağlıq Qarabağ rayonlarında qeydə alınır. Uzunömürlülük indeksinin aşağı olduğu ərazilər isə Mingəçevir, Abşeron yarımadası, Göyçay, Ucardır:

“Elə hesab edilir ki, Qəbələ Radiolakasiya Stansiyası (RLS) Qəbələ əhalisinin sağlamlığına təsir edir. Bu, əslində səhv fikirdir. Qəbələ rayonu RLS-in arxa hissəsindədir, stansiyanın əsas – ön hissəsi Uçar, Ağdaş, Göyçay rayonlarına doğru olduğundan şüalanma bu ərazilərə düşür. RLS intensiv işləyəndə Qəbələnin İsmayıllıya yaxın kəndlərində uzunömürlülük indeksi aşağı düşürdü. İvanovka kəndinin sakinləri də RLS-in fəaliyyətindən narazı idilər. İndi RLS-in fəaliyyəti dayandığından İvanovkada uzunömürlülük indeksi artıb”.

S.Hüseynova qeyd edib ki, uzunömürlülük nəsillə davam edə bilsə də, ekoloji amillərin də təsiri var:

“Apardığımız tədqiqatlardan məlum olub ki, uzunömürlülük populyativdir, yəni populyasiya şəklindədir. Müəyyən nəsil var ki, onlar uzunömürlüdürlər. Əgər ekoloji mühit yaxşı olarsa, həmin nəsildə bu gen itməyərək nəsildən-nəslə ötürülür. Amma babası, nənəsi, atası uzunömürlü olan şəxs ekoloji mühiti pis olan ərazidə yaşayırsa, təbii ki, bu amil onun ömür uzunluğuna mənfi təsir edir”.

Xatırladaq ki, ötən ilin əvvəlinə olan məlumatlara əsasən, Azərbaycanda 90 yaşından yuxarı olan təxminən 10 min uzunömürlü var. Uzunömürlülər siyahısına daha çox qadınlar düşüb. Belə ki, ölkədəki uzunömürlülərin 814 nəfəri qadın, 24-ü kişidır.

www.yenicag.az

3186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv