Azərbaycanda Vahid Media Reyestri yaradılacaq

“Azərbaycanda Vahid Media Reyestri yaradılacaq”.

Yenicag.az xəbər verir ki, bunu APA-ya açıqlamasında MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, bütün media subyektləri həmin media reyestrində qeydiyyata alınacaq: “Bu, informativ reyestr olacaq. Media subyektləri fəaliyyətə başlamazdan öncə bu reyestrə özləri haqqında məlumatlar verəcək, qeydiyyata alınacaqlar”.

Ə. İsmayılov əlavə edib ki, jurnalistlər isə jurnalist vəsiqəsi almaq üçün MEDİA-ya müraciət edəcəklər: “Bu, könüllü əsasladır. Hər hansı jurnalist vəsiqə almaq barədə müraciət etsə, müraciət tərəfimizdən dəyərləndiriləcək. Həmin jurnalistlər media reyestrinin bir bölməsində qeydiyyata alınaraq, jurnalist vəsiqəsi ilə təmin ediləcək”.