Azərbaycan da vahid tələbə kartının yaradılması müzakirə edilir. Belə ki, bir müddət əvvəl Davamlı İnkişaf Mərkəzində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti üçün universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib. Təqdimatda qeyd olunub ki, yeni yaradılacaq tələbə kartlarının təhsil alanların dərsdənkənar fəaliyyətləri zamanı faydalana biləcəyi xüsusi imtiyazlara sahib olacaqlar. Bəs vahid tələbə kartının imtiyazları nədən ibarət olacaq?
Mövzu ilə bağlı Yenicag.az-a danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, vahid tələbə kartının yaradılması onların vahid platformadan müxtəlif məqsədlər üçün istifadə etməyə imkan verəcək.
Ətraflı videonu təqdim edirik:
İsmayıl Bakuvi
Samir Məcidov
Məsimə Məmmədova