Azərbaycanda vaksinasiya: “Heç bir ciddi əks-təsir müşahidə edilməyib” – Yaqut Qarayeva

“18 yanvardan başlayaraq vaksinasiya edirik. Bu günə qədər heç bir ciddi əks-təsir müşahidə edilməyib”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da keçirilən brifinqində çıxışı zamanı deyib.

Yaqut Qarayeva yeni ailə quranlara vaksinasiyanın tövsiyyə edildiyini bildirib.