Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Avqustun 29-da Azərbaycanda 92 min 948 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 min 922, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40 min 26 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 687 min 806, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 42 min 976, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 644 min 830 nəfər təşkil edir.