Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT – FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 608 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 317, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 291 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 349 035, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 139 001, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 210 034 təşkil edir.