Azərbaycanda vaksinasiya olunanlarla bağlı son məlumat

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 975 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 741, üç və daha çox doza vaksin vurduranların sayı 7 201, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 481 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 540 995, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 330 431, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 832 203, üç və daha çox doza vaksin vurduranların sayı 3 145 148, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 233 213 təşkil edir.