!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda vaksinasiya yaşı azaldılır

!Reklam – Yazi

Azərbaycanda vaksinasiya üçün aşağı yaş həddinin azaldılması məsələsinə baxılır.

Yenicag.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, bu istiqamətdə hər hansı bir qərar yoxdur, ancaq məsələ müzakirə olunmaqdadır.

Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev də parlamentdə vaksinasiya yaşının azaldılmasını təklif edib. O qeyd edib ki, virusa yoluxma sürətlə artmaqdadır və bu baxımdan vaksinasiya yaşının azaldılması vacibdir.

Hazırda Azərbaycanda yaşı 18-dən yuxarı olan şəxslər vaksinasiyaya cəlb edilib. 12-18 yaşlı yeniyetmələrin peyvənd olunması üçün isə vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb olunur.

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv