Azərbaycanda VAR sistemi sınaqdan keçirildi

Azərbaycan Premyer Liqasında tətbiqi nəzərdə tutulan VAR (Video Assistant Referee) sistemi ilk dəfə olaraq test rejimində sınaqdan keçirilib.

Yenicag.az xəbər verir ki, “ASK Arena”da keçirilmiş Azərbaycan U-17 – “Şamaxı” U-19 qarşılaşmasının baş hakimi Fərid Hacıyev olub.

Video Köməkçi Hakim funksiyasını isə Elçin Məsiyev və Kamal Umudlu yerinə yetirib.

Qeyd edək ki, FIFA-nın müvafiq tələbinə uyğun olaraq, VAR sistemi rəsmi oyunlarda tətbiqindən əvvəl test rejimində sınaqdan keçirilməlidir.