Azərbaycanda və qonşu ölkələrdə koronavirusla bağlı SON VƏZİYYƏT

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda koronavirusla bağlı 3 515 test aparılıb. Ölkədə koronavirusa yoluxanların sayı 7 876, sağalanların sayı 4 377 nəfər olub.

Koronavirus pandemiyası ərzində dünyada yeni virusa 7 milyondan çox yoluxma qeydə alınıb.

Dünyada koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Bununla yanaşı, Braziliyada, Rusiyada, İspaniyada və digər ölkələrdə də koronavirusa yüksək sayda yoluxma, ölüm halları aşkarlanıb.

Yenicag.az qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyəti təqdim edir:

Rusiyada son sutka ərzində daha 8 985 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 476 min 658-ə çatıb.

Bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 239 min 999 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 112 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 5 971-ə çatıb. Ümumilikdə 230 min 688 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda koronavirusa yoluxanların sayı 810-a çatıb.

Xəstəlik səbəbindən 13 nəfər həyatını itirib, 683 nəfər isə sağalaraq evinə buraxılıb.

Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. Ölənlərin ümumi sayı 4 711 nəfərə, yoluxanların ümumi sayı isə 171 121 nəfərə çatıb. Sağalanların ümumi sayı 141 380 nəfər təşkil edib.

Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 195 nəfər artaraq 13 325-ə çatıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 11 nəfər artaraq 195-ə çatıb. Ümumilikdə 4 099 pasiyent müalicə olunaraq sağalıb, 8 943  xəstənin müalicəsi davam etdirilir. Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.

Qeyd edək ki, bu gün dünyanın gündəmi koronavirusa qarşı mübarizədir. Azərbaycan isə bu mübarizənin önündədir. Və Azərbaycan özü bir nümunədir. Pandemiya bitəcək, dünya əvvəlki durumuna qayıdacaq. Neçə-neçə araşdırmalar ediləcək, təhlillər aparılacaq. Və bu araşdırma və təhlillərdə Azərbaycanın pandemiya qarşı mübarizəsi bir uğur hekayəsi kimi danışılacaq.

Azərbaycanda karantin rejimi artıq yumuşaldılıb. Ticarət mərkəzləri, restoranlar, gözəllik salonları, nəqliyyat sistemi və sair artıq fəaliyyətə başlayıb.