Azərbaycanda vergi daxilolmaları 90 faiz artdı

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 13 milyard 998,9 milyon manat vəsait daxil olub.

Yenicag.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə isə 90,1 % çoxdur.

10 aylıq vergi daxilolmalarının 7 milyard 38,2 milyon manatı qeyri-neft sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən müvafiq olaraq 30,8 % çoxdur.