Bu il noyabrın 1-nə Azərbaycanda 1 397 137 vergi ödəyicisi olub.
Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 6,5 % çoxdur.
Vergi ödəyicisinin 87,5 %-i fiziki şəxslər, 12,5 %-i hüquqi şəxslərdir. Son 1 ildə fərdi sahibkarların sayı 6,1 % (ümumi artımın 82,5 %-i), şirkətlərin sayı isə 9,4 % (ümumi artımın 17,5 %-i) artıb.