Azərbaycanda vəzifəli şəxs qəzada öldü – FOTO

Samux rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən məlumatına görə, “Hyundai” markalı 51-BE-382 dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobildə olan iki nəfər ölüb. Ölənlərdən birinin Gəncə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru 1958-ci il təvəllüdlü İlqar Zeynal oğlu Zeynalov olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.