Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 4 milyonu keçdi

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 51 510 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yernicag.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 756, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 754 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 015 612, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 437 929, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 577 683 təşkil edir.