Azərbaycanda yanacaqdoldurma məntəqəsində ENDİRİM – Gülüş hədəfinə çevrildi

Azərbaycanda yanacaqdoldurma məntəqəsinin endirim kampaniyası görənlərin gülüşünə səbəb olub.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto yayılıb.

Məlumata görə, Gəncədə yerləşən məntəqənin rəhbərliyi yanacağın hər litrinə 1 qəpik endirim edib. Yəni, Aİ-92 markalı benzinin 1 litri  1.09 manata, dizelin litri isə 0.99 manata təklif olunur.

Bu barədə paylaşılan foto isə izləyicilərin gülüş hədəfinə çevrilib.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə bu il iyulun 1-dən Aİ-92 markalı benzinin litri 1.10 manat, dizelin qiyməti isə 1 manata qaldırılıb./Lent.az/

COP29