Reklam: High Technic
hightechnic

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları aprelin 9-da səs verəcəklər

Reklam: Sinerji Pro

Gələn ay Türkiyədə keçiriləcək referendumla əlaqədar bu ölkənin Azərbaycanda yaşayan vətəndaşları aprelin 9-da səs verəcəklər.

Türkiyənin Azərbaycandakı səfirliyindən naxcivantv.az-a verilən məlumata görə, bu məqsədlə aprelin 9-u Bakıdakı səfirlikdə, eləcə də qardaş ölkənin Gəncə və Naxçıvandakı baş konsulluqlarında seçki məntəqəsi açılacaq. Məntəqələr saat 09:00-dan 21:00-dək fəaliyyət göstərəcək.

Azərbaycanda altı mindən çox Türkiyə vətəndaşı yaşayır.

Xatırladaq ki, Türkiyədə konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum aprelin 16-da keçiriləcək.

Yeniçağ.az

www.yenicag.az

116