Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda yaşı 100-dən çox olanların sayı

Azərbaycanda yaşı 100 və 100-dən çox olan insanların sayı çoxalıb.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a bildirilib ki, ölkədə yaşı 100 və daha çox olanların sayı artıb.

2015-ci ildə Azərbaycanda yaşı 100 və 100-ü keçmiş 626 nəfər olub. 2016-cı ildə 683 nəfərin, 2017-ci ildə 749 nəfərin, 2018-ci ildə 880 nəfərin yaşı 100-dən çox olub. 2019-cu il yanvarın 1-ə olan məlumata görə isə Azərbaycanda yaşı 100 və 100-dən çox olan insanların sayı 1052 nəfərə çatıb.

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə bildirib ki, “Ginnesin Rekordlar Kitabı”na yalnız yaşının verifikasiyası aparılmış şəxslər daxil edilə bilər. Azərbaycanda isə indiyə qədər yaşı verifikasiya edilmiş uzunömürlülər arasında hələ ki “Ginnesin Rekordlar Kitabı”na düşə biləcək şəxs yoxdur.

U.Həşimova əlavə edib ki, çox zaman uzunömürlülərin şəxsiyyət vəsiqəsində göstərilən doğum tarixi öz təsdiqini tapmır.

Onun sözlərinə görə, 1925-ci ilə qədər doğulan uzunömürlülərin təxminən 70 faizinin əsl yaşı ilə sənəddə göstərilən yaşı üst-üstə düşmür. 1925-ci ildən sonra müəyyən rəsmi dövlət qeydiyyat idarələri fəaliyyətə başladığından, ondan sonra doğulanların yaşı daha dəqiq yazılıb.

www.yenicag.az

243