Azərbaycanda yaşı 70-dən yuxarı neçə nəfər var?

Azərbaycanda ahılların sayı açıqlanıb.

Yenicag.az xəbər verir ki, “Sosial xidmət haqqında” qanununa əsasən, ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab edilir və hazırda ölkədə yaşı 70-dən yuxarı vətəndaşların sayı 440 minə yaxındır.

Qeyd edək ki, BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada, o cümlədən Azərbaycanda Beynəlxalq Ahıllar günü kimi qeyd olunur.