Azərbaycanda yeni doğulan körpələr arasında COVID-19-a yoluxma halı aşkarlandı

Azərbaycanda yeni doğulmuş körpələr arasında koronavirusa yoluxma halları aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

Mütəxəssis bildirib ki, COVID-19-a yoluxma hər yaş qrupunda var: “Onlar arasında virusu ağır keçirənlər də var. Amma, yeni doğulan körpələr və azyaşlılar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər”.