Azərbaycanda yeni dövlət universiteti yaradılır

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının bazasında Şəki Dövlət Universitetinin yaradılması məqsədi ilə aidiyyəti üzrə müraciət edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, hazırda ADPU-nun Şəki filialında 8 ixtisas üzrə kadr hazırlığı aparılır. Hər il filiala müxtəlif ixtisaslar üzrə təxminən 270-280 tələbə qəbul olunur, ümumilikdə isə filialda 1000-ə yaxın tələbə təhsil alır.

Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.