!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda yeni Gənclər Hərəkatı təsis olundu - FOTO/VİDEO

!Reklam – Yazi

“Davam” Ümumrespublika Gənclər Hərəkatı hər zaman prezident İlham Əliyevin əmrində olduğunu bəyan edib.

Yenicag.az xəbər verir ki, bu gün “Holiday İnn” Otelində təşkil olunan brifinqdə Gənclər hərəkatı yaradılmasının məqsədləri açıqlanıb.

Tədbirin açılışında Azərbaycanın dövlət himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda həyatından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra yeni yaradılan “Davam” Ümumrespublika Gənclər Hərəkatının fəaliyyəti barədə məlumat verilib. Nihad Allahyarlı, Natiq Mehdiyev, Sara Rəcəbli, Reyhan Camalova, Sabir Rüstəmov, Rasul Çunayev, Məhəmməd Türkmən və Nərmin Knyazlının təşəbbüsü ilə yaradılan yeni Hərəkatının əsas məqsədinin ictimai-siyasi proseslərdə aktiv rol almaq, gənclər və idman siyasətində yeni və fərqli layihələrlə töhfə vermək, şəbəkələşərək böyümək və ətrafına daha çox gənc toplamaqla, ölkəmizdə aparılan islahatlar prosesinə fayda vermək olduğu diqqətə çatdırılıb.

Təşəbbüs Qrupunun hər bir üzvü Azərbaycan gəncliyini bu hərəkatda konkret istiqamət üzrə təmsil edəcək. Belə ki, Nihad Allahyarlı ictimai-siyasi sahədə fəal olan gənclərimizin, Natiq Mehdiyev ölkəmizin suverenliyi uğrunda canını qurban verən şəhid və qazilərimizin, Sara Rəcəbli sosial sahibkarlıqla məşğul olan gənclərimizin, Reyhan Camalova innovativ ideyalı start-upçılarımızın, Sabir Rüstəmov beynəlxalq areanada fəal olan gənclərimizin, Rasul Çunayev gənc idmançı və çempionlarımızın, Məhəmməd Türkmən gənc jurnalistlərimizin, Nərmin Knyazlı isə sosial şəbəkələrdə fəal olan gənclərimizin təmsilçisi kimi çıxış edəcək.

Brifinqdə bəyan olunub ki, Nihad Allahyarlı yekdilliklə “Davam” Ümumrespublika Gənclər Hərəkatının sədri seçilib. Nihad Allahyarlı çıxışında ona göstərilən etimada görə təşəkkür edib və mövcud şəraitdə Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinə yönəlik haqq işində prezident İlham Əliyevin yanında olduqlarını vurğulayıb.

Nahid Allahyarlı çıxışında “Lazım gəldiyində liderimizə dayaq, lazım gəldiyində isə sipər olacağıq. İşğaldan azad edilən bütün rayonlarımızda görüləcək quruculuq işlərindən sosial fəaliyyətə qədər hər sahədə könüllü şəkildə Ali Baş Komandanın əmrindəyik”, deyə bildirib.

Gülşən Şərif

www.yenicag.az

903
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv