Azərbaycanda yeni iş yerlərinin sayı AÇIQLANDI

2024-cü ilin I rübündə Azərbaycanda 22 517 yeni iş yerləri yaradılıb.

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricinin həcmi 25.9% artıb. Belə ki, 2023-ci ilin I rübündə Azərbaycanda 17 886 yeni iş yeləri açılmışdı.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda mövcud müəssisə və təşkilatlarda 20 037 yeni iş yeri, yeni müəssisə və təşkilatlarda isə 2 265 yeni iş yeri açılıb.

Xatırladaq ki, cari ilin I rübündə Azərbaycanda 2 955 yeni müəssisə və təşkilat, 21 781 yeni fərdi sahibkarlıq subyekti yaradılıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 27%, yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı isə 27.4% azalıb.

COP29