Təhsil naziri Emin Əmrullayev Azərbaycanda yaradılacaq yeni ixtisaslarla bağlı danışıb.
Yenicag.az xəbər verir ki, nazir Real Tv-yə müsahibəsində, növbəti tədris ilində yeddi ixtisas yaradılacağını bildirib:
“Uğurlu olan SABAH qruplarının magistratura səviyyəsində yeni olan – kiber təhlükəsizlik, kompüter elmləri, şəhərsalma və planlaşdırma və sair ixtisaslar yaradılacaq”.
Nazir qeyd edib ki, Azərbaycanda peşə təhsilinin də inkişafı ilə bağlı işlər görülür:
“Hazırda peşə təhsilin nüfuzunun qaldırılması istiqamətində işlər aparılır. Biz sentyabr ayında qısa müddətli kursların hazırlanması, yüksək peşə ixtisası modelləri üzərində yeni peşə ixtisası təhsillərini təhvil vermək istəyirik. Bu təxminən 600-ə yaxın şagirdi əhatə edəcək”.