Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda yeni komediya verilişi yayımlanacaq — VİDEO

Verilişdə maraqlı, gülməli və aktual mövzularla toxunmaqla, tamaşaçıların maraq dairəsi nəzərə alınıb.

Yenicag.az xəbər verir ki, “1 SƏHNƏ” Prodüser Mərkəzi yarandığı gündən yeni lahiyələrlə mədəniyyətimiz və incəsənətimizə töhvə verməyi qarşısına məqsəd qoyub. Mərkəzin bəzi lahiyələri artıq dünyanın bir nömrəli videohostinqi “YouTube”da mövcud olan “Səhnə tv” internet televiziya kanalında tamaşaçılara təqdim olunub. Təqdim olunan layihələr tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Prodüser Mərkəzinin yeni layihə kimi ərsəyə gətirdiyi “HƏ… NO OLSUN?!” komediya janrında olan verilişdə isə maraqlı, gülməli və aktual mövzularla toxunmaqla, tamaşaçıların maraq dairəsi nəzərə alınıb. Aktyorlar Ramil Məmmədov və Abdulla Elşadlının iştirakı ilə müxtəlif komik situasiyalara düşən personajlar vasitəsilə izləyicilərin asudə vaxtlarını səmərəli, maraqlı və əyləncəli formada keçirəcəyi əsas hədəf kimi götürülüb.

Layihənin rəhbəri Elçin Hacı, ssenari müəllifləri Rəşad Nağı Mustafa, Elvin Paşa, Pərviz Arif, quruluşçu rejissoru İmran Ali Qurban, qurluşçu operatoru Fahir İmanquliyev, qrim ustası Vüsalə Abbasova, geyim rəssamı Ruhiyyə Yusifova, icraçı prodüserləri Əhliman Ərşadlı və Elçin Hacıdır.

Mərkəzin digər lahiyələri kimi “ HƏ… NO OLSUN?!” verilişinin də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacağı ümid olunur.

“Səhnə TV” YouTube kanalına abunə olmaqla, “HƏ… NO OLSUN?!” proqramını izləyə bilərsiniz. Verilişin anonsunu təqdim edirik:

Loading...

www.yenicag.az

265
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100