!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda yeni magistr ixtisasları yaradılır

!Reklam – Yazi

“Təhsil Nazirliyi tərəfindən bu il ilk dəfə yeni tipli magistr proqramlarının təsis edilməsi barədə qərar qəbul olunub. İlk olaraq 7 yeni ixtisas sahəsi seçilib. Bu ixtisaslar üzrə yeni magistr ixtisasları və yaxud ixtisaslaşmaları açılacaq”.

Yenicag.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli bildirib. Onun sözlərinə görə, bu ixtisaslar keyfiyyətcə yeni ixtisaslardır:

“Bunların təxminən beşi ümumiyyətlə ixtisaslaşma təsnifatlaşdırmasına, Azərbaycana yeni gəlib. Bunlar müasir dünyanın axınına, trendinə uyğun tamamilə yeni ixtisaslardır. Bu ixtisasların Azərbaycan üçün hazırlanması üçün çox vacibdir.

Biz hesab elədik ki, bu ixtisaslarla başlasaq, daha yaxşı olar. Bizim bu günə qədər onsuz da magistratura qruplarımız var idi, çoxlu sayda ixtisaslar üzrə magistr hazırlığı aparırdıq. Amma bu ixtisaslarda tamamilə yeni məzmundan istifadə olunacaq.

Bu məzmun demək olar ki, dünya universitetlərinin mövcud kurrikulumlarına, tədris proqramlarına uyğun hazırlanmış magistr proqramları olacaq.

Burada söhbət təkcə bu ixtisaslar üzrə biliyin verilməsindən getmir, eyni zamanda verilən biliyin səriştəyə uyğun olmasına önəm verilir”.

www.yenicag.az

356
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv