Azərbaycanda , “Diaspor fəaliyyətində xidmətə görə” medalı təsis edilib.
Yenicag.az-ın məlumatına görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
Bu medalla Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfəyə, diasporun Azərbaycan Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərilən xidmətlərə, Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verilən töhfəyə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə təltif olunacaqlar.
“Diaspor fəaliyyətində xidmətə görə” medalı döşün sol tərəfindən, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. Medal bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, güşələrinin arası iki üzbəüz birləşən qövs şəklində işlənmiş, diametri 40 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.
Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq qəbul edilib.