Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artdı

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə 15 307,6 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 57,8% çoxdur.

Yenicag.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, indiyə qədər Azərbaycanda 74 242 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.