Azərbaycanda yeni qurumlar yaradılacaq

qurumyaradilacaqAzərbaycanda dövlət tərəfindən tuizm sahəsində elmi tədqiqatların aparılması üçün qurumlar təsis ediləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində nəzərdə tutulub.

Layihəyə görə, dövlət turizm sahəsində elmi tədqiqatların aparılması üçün şəxslər müvəkkil edəcək. Dövlət eyni zamanda, qeyri-dövlət qurumları tərəfindən həyata keçirilən bu cür fəaliyyətə məlumatlandırıcı, maddi-texniki yardım göstərəcək.

Yenicag.az