Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycanda yeni sayt fəaliyyətə başlayıb

Azərbaycanda yeni sahəvi sayt fəaliyyətə başlayıb.

Yenicag.az xəbər verir ki, medicina.az saytı tibb sahəsində faydalı məsləhətlər, araşdırmalar və müsahibələrlə çıxış edəcək. Sayt eyni zamanda bakutibb.az domenində fəaliyyət göstərəcək.

Artıq evdən çıxmayıb, bu sayta daxil olmaqla tibb sahəsi ilə bağlı bütün suallara cavab tapa biləcəksiniz. Çünki indi hamını maraqlandırır – peşəkar həkimlər, etibarlı xəstəxanalar, dəqiq diaqnozlar, müxtəlif xəstəliklərlə ətraflı tanış olmaq…

Bu bilgiləri öyrənməyin ən yaxın və səhih yolu MEDİCİNA.az saytına daxil olmaqdır. Bu internet portalı həm də tibb dünyasında baş verən ən son hadisələr, yeniliklər barədə anındaca məlumatlar yayınlayır.

Sayt eyni zamanda tibb sahəsində çalışanların tribunası olmağı, onları dünya təcrübəsi ilə tanış etməyi, qabaqcıl ölkələrin təcrübələrini, elmi nailiyyətlərini geniş şəkildə işıqlandırmağı hədəfləyir.

Medicina.az-ın məqsədlərindən biri də oxucuları, səhhətində problemi olan insanları maraqlandıran suallarla bağlı araşdırma aparmaq, onları düzgün müalicəyə istiqamətləndirməkdir.

Sayt vacib mövzularla bağlı oxucuların suallarını cavablandıracaq, bu sahədə araşdırma, təhlillər aparacaq, tanınmış həkimlərdən vaxtaşırı müsahibələrə təqdim edəcək, həkim məsləhətləri yayımlayacaq.

Saytın bütün sosial şəbəkələrdə səhifələri fəaliyyət göstərir.

www.yenicag.az

911
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM