!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda yeni sosial qayğı nümunəsi: İlham Əliyevdən həkimlərin fədakarlığına MİSİLSİZ QİYMƏT

!Reklam – Yazi

Prezident İlham Əliyevin koronavirus infeksiyası ilə mübarizəyə cəlb olunmuş tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında imzaladığı Sərəncam cəmiyyətin böyük rəğbəti ilə qarşılanıb.

Artıq bir neçə həftədir, dünyanı ciddi təhdid altında saxlayan koronavirus pandemiyası bütün ölkələri bu təhlükəyə qarşı səfərbər olmaq məcburiyyətinə gətirib.

Əksər ölkələrdə orta və ali məktəblərdə tədris dayandırılıb, müxtəlif xarakterli kütləvi tədbirlər ləğv olunub, sərhədlər bağlanıb, hətta daxili səyahətlər belə məhdudlaşdırılıb.

Belə bir şəraitdə koronavius təhlükəsinin yayılmaması, yoluxmuş insanların müalicəsi, eyni zamanda, xəstəlik arealının lokallaşdırılması işində əsas ağırlıq və məsuliyyət əlbəttə ki, həkimlərin üzərinə düşür.

Bu gün əminliklə deyə bilərik ki, hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, həkimlər koronavirusa qarşı mübarizənin ən fədakar “əsgər”ləri kimi “cəbhə”nin ön sırasında qərarlaşıblar.

Səhiyyə işçilərinin fədakar əməyinin təsdiqi olaraq, onların yoluxmuş insanları sağaltmaq üçün gözlərini qırpmadan özlərini təhlükəyə atdıqlarını xatırlatmaq kifayətdir.

Bu sırada sözsüz ki, Azərbaycan həkimlərinin fəaliyəti də mütləq qeyd olunmalıdır. Doğrudur, digər ölkələrlə müqayisədə Azərbaycan koronavirusun ölkəyə ayaq açmasını uzun müddət əngəlləyə bildi. Lakin dünyanı bürüyən bu pandemiyanın qarşısında sədd çəkmək sadəcə, mümkün deyildi.

O baxımdan, koronavirusun əvvəl-axır bizim sərhədlərə də daxil ola biləcəyini nəzərə alan hökumət bu təhlükəyə qarşı effektiv mübarizənin təşkili istiqamətində mühüm addımlar atdı.

Həyata keçirilən önləyici tədbirlərdə əsas vəzifə əlbəttə ki, həkimlər üçün nəzərdə tutulmuşdu. Sərhəd-keçid məntəqələrində analiz-müayinə məntəqələri, xüsusi yerləşdirmə zonaları, karantin şöbələri, həmçinin dezinfeksiya işlərinin aparılmasına cəlb edilmiş “həkim ordusu”nun sayını təxmin etmək çətin deyil.

Həqiqətən də, bu gün həkimlərin işi öz peşə fəaliyyətlərini həyata keçirməkdən və Hippokrat Andına sədaqətdən qat-qat artıq bir fədakarlıqdır.

Bunu nəzərə alan prezident İlham Əliyevin Sərəncamı əsasında koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavənin müəyyən edilməsi həkimlərin fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.

Prezidentin bu Sərəncamı bir da təsdiqlədi ki, Azərbaycan dövləti əhalinin sağlamlığının keşiyində dayanan və heç bir fədakarlıqdan çəkinməyən səhiyyə işçilərinə sosial qayğısını nəinki azaltmır, əksinə, onların fəaliyyətindəki riskləri də hər zaman nəzərə alaraq, bunu yüksək qiymətləndirir.

Dövlət başçısının sözügedən Sərəncamı yeni tariximizə bir ilk olaraq, düşüb. Çünki indiyə qədər müxtəlif peşə sahibləri öz sahələrində gördükləri faydalı işlərə görə müxtəlif formalarda mükafatlandırılıblar. Səhiyyə işçilərinə şamil olunan bu Sərəncam isə kütləviliyi ilə seçilir və dövlətin yeni sosial qayğı nümunəsi hesab olunur.

Təbii, dünya, o cümlədən də, Azərbaycan koronavirus təhlükəsini aradan qaldıracaq. Amma gələcəkdə bu ağır günlər xatılananda, ilk növbədə həkimlərin fədakarlığı və onların riskli əməyinə dövlətin verdiyi qiymət yada düşəcək.

“Yeni Çağ” Media Qrupu

www.yenicag.az

721
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv