!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda yeni turizm marşrutu yaradılır -VİDEO

!Reklam – Yazi

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı işlər davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, hazırda yol boyu torpaq işləri görülür, yeni yol yatağı və yol əsasının inşası, həmçinin asfaltlanma işləri aparılır.

Bu işlər çərçivəsində torpaq-çınqıl örtüklü olan və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 5-6 metrdən 10 metrə qədər genişləndirilir. Yolun normativ eninin alınması üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi və daşınması, III qrup qruntun daşınaraq avtoqreyderlə yayılması və vərdənə ilə kipləşdirilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız qruntun qazılması və yararlı karxana çınqılı tökülüb, genişləndirilib və kipləşdirilərək avtoqreyderlə profilə salınması, torpaq yatağının layihə hündürlüyünə çatdırılması və çiyin hissələrin bərkidilməsi işləri aparılır. Ümumilikdə torpaq işləri 200 min kv.m-dən çox sahəni əhatə edir.

Dəmirçi-Lahıc avtomobil yolu çətin relyefə malik olan dağlıq ərazidən keçdiyi üçün, həmçinin bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda müxtəlif təyinatlı mühəndisi qurğuların inşası, yol yatağının əlavə bərkidilməsi işləri aparılır.

Yeni avtomobil yolunun tikintisi işləri çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq sonuncu mərhələdə yol boyu zəruri olan yerlərdə avtobus dayanacaqlarının inşası, 65 ədəd müxtəlif yol nişanları və göstərici lövhələrin quraşdırılması, həmçinin 56 km uzunluğunda üfiqi nişanlanma xətlərinin çəkilişi işləri də nəzərdə tutulub.

Sözügedən avtomobil yolunun tikintisi İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə Şamaxı rayonunun Dəmirçi kəndini birləşdirməklə yol boyu yaşayan vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq. Bundan başqa, yolun tikintisi turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və rahat yolla gediş-gəlişini təmin etmiş olacaq ki, bu da öz növbəsində turizmin inkişafına, həmçinin yeni turizm marşrutlarının yaranmasına səbəb olacaq.

Dəmirçi-Lahıc avtomobil yolunun yaxın aylarda tikilərək istifadəyə verilməsi nəzərdə tutulub.

www.yenicag.az

2397
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv