!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda yeni xəbər mübadiləsi sistemi istifadəyə verildi

!Reklam – Yazi

Müasir dünyada informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və müxtəlif sahələrə nüfuz edərək insanların həyatını daha da asanlaşdırır, vaxt və digər resurslara qənaət etməyə imkan verir. Bu inkişaf informasiyaların yayılması prosesini də sürətləndirib. Bunun nəticəsidir ki, hazırda insanlar dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq hadisələrdən qısa müddət ərzində xəbər tutura bilirlər.

Azərbaycanda da xəbər saytları, bu sahədə olan digər platformalar daim yenilənir, inkişaf edir. Artıq ölkəmizdə portalların istehsal etdikləri xəbərləri daha geniş oxucu auditoriyasına çatdırmağa imkan verən yeni sistem fəaliyyətə başlayıb. RSS.az sistemi bu platformaya qoşulan saytlara digər saytlardan oxucu cəlb etməyə imkan yaradır. Bu, sistemə qoşulan bir saytdan digərinə keçid formasında mümkün olur.

Layihənin əsas məqsədi agentlik və xəbər portallarının istehsal etdiyi məhsulları bir platformada birləşdirmək, eləcə də KİV-lər arasında bu sistem vasitəsilə əməkdaşlıq yaratmaqdır. Bu zaman xəbər portalları öz məlumatlarını mübadilə etmiş olacaqlar.

 

 

Ölkəmizin informasiya məkanında fəaliyyət göstərən xəbər portalları RSS.az sistemində qeydiyyatdan keçə və sorğu yerləşdirə bilərlər.

 

 

Sistemin üstün cəhətlərinə gəlincə, bura qoşulan saytlar oxucu itirmir, əksinə qazanır. Belə ki, əgər hansısa saytdan digər saytlara keçid olubsa, sistem həmin sayta eyni sayda oxucu yönləndirir.

Artıq ölkəmizin bir sıra nüfuzlu kütləvi informasiya vasitələri RSS.az sisteminə qoşulub və yaxın gələcəkdə bu sayın daha da artacağı gözlənilir.

RSS.az layihəsi ilə bağlı bütün məlumatları (+994 50) 202 86 06 əlaqə nömrəsindən əldə etmək olar.

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv