!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda yeni zavodun təməli qoyuldu – FOTO

!Reklam – Yazi

temel-2“Yüzlərlə insan işlə təmin olunacaq”.

Gəncədə “Süni Mərmər və Qranit İstehsalı” zavodunun təməlqoyma mərasimi keçirilib.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, təməlqoyma mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “Süni Mərmər və Qranit İstehsalı” zavodunun direktoru Aqil Həsənov və şəhər ictimaiyyəti nümayəndələri iştirak ediblər.

Şəhərdə yeni sənaye obyektlərinin tikildiyini qeyd edən E.Vəliyev bildirib ki, bunun nəticəsində ölkənin inkişaf etməsi ilə yanaşı, 100-lərlə insan işlə təmin olunacaq.

“Süni Mərmər və Qranit İstehsalı” zavodunun direktoru A.Həsənov 37,5 hektar ərazidə yerləşəcək zavodun bağlı sahəsinin 50 min kvadratmetr olacağını vurğulayıb.

Bu sahənin 2016-cı ilin mart ayında “Satınalma və Ticarət” MMC-yə verildiyini qeyd edən zavod direktoru bildirib ki, ərazi əvvəllər təpələrdən və dərələrdən ibarət olub.

Ərazinin düzəlməsi, hamarlanması və bərkidilməsində 8 ay ərzində 150 nəfər işçi çalışıb. Zavodun Cənubi Qafqazda yeganə suni mərmər və qranit istehsal edəcəyini vurğulayan A.Həsənov qeyd edib ki, tikinti materialları ölkə xaricinə də ixrac ediləcək.

Qeyd edək ki, dəmiryolu xəttinin vasitəsilə xammalların ətraf rayondan tikinti gedən sahəyə danışması, onları hazır məhsula çevrilib, yerli və xarici bazarlara çıxarılması nəzərdə tutulub.

2017-ci ilin noyabr ayında istehsala başlayacaq zavodda 400 nəfərdən çox işçi çalışacaq.

Yeniçağ.Az

www.yenicag.az

895
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv