Azərbaycanda yeniyetmə idmançı vəfat etdi – FOTO

Azərbaycanın yeniyetmə badmintonçusu Elşən Novruzov dünyasını dəyişib.

Yenicag.az-ın məlumatına görə, bu barədə federasiyanın rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Ölümün səbəbi açıqlanmayıb.

Federasiya idmançının vaxtsız vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!