Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2022-ci il kiçik qrant müsabiqəsi”ndə qalib olmuş
“Yol hərəkəti təhlükəsizliyi: hüquqi yardım və maaifləndirmə” layihəsi “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən tam icra olunub. Belə ki, layihə çərçivəsində hazırlanmış lövhələr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi və Daxili İşlər Nazirliyinin dəstəyi ilə ölkə patyaxt Bakı ilə regionları birləşdirən əsas yolların kənarlarına vurulub. Bakı-Şamaxı, Bakı-Qazax, Bakı-Astara istiqamətində olan yollara 5 maarifləndici lövhə yerləşdirilib.
Maarifləndirici lövhələrdə sürücülərin həyat və təhlükəsizliyi üçün nəzərdə tutulmuş ifadələr və fotoşəkillər yer alıb. “Diqqət hər an qarşınıza çıxa bilər”, “Sürət həyatda uğur, yolda təhlükədir”, “Seçim sizin öz əlinizdədir”, “Yorğunluqdan və yuxusuzluqdan ölməyin!” şüarları həm piyadaların, həm də sürücülərin diqqətini cəlb etmək və sükan arxasında, yolu keçərkən ehtiyatlı olmağa hesablanıb.
Qeyd edək ki, bu aksiya minlərlə insanın həyatının xilas edilməsində və qəzalardan qorunmağa faydalı olacaq.