Azərbaycanda yol qəzasında 5 nəfər ölüb

olub2160707Azərbaycanda bir gündə baş verən yol qəzalarında 5 nəfər dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bundan başqa daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilib.