!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda “YOL TERRORU”: 9 ayda 571 nəfər həlak olub

!Reklam – Yazi

yy1476081698Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsiri olub.

Bunu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər. Qeyd edilib ki, 2016-ci ilin 9 ayı ərzində respublika ərazisində 1499 yol-nəqliyyat hadisəsi qeydə alınəb, nəticədə 571 nəfər həlak olub, 1555 nəfər yaralanıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 164 fakt (9,9%), həlak olanların sayı 95 nəfər (14,3%), yaralananların sayı 191 nəfər (10,9%) azalıb.

Bakı şəhəri ərazisində 490 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 138 nəfər həlak olub, 515 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 110 fakt (18,3%), 37 nəfər (21,1%), 130 nəfər (20,2 %) azalıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,6%-i (579 hadisə, 222 ölüm, 630 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23%-i (346 hadisə, 160 ölüm, 310 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3%-i (164 hadisə, 39 ölüm, 202 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,8%-i (28 hadisə, 14 ölüm, 27 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Yol-nəqliyyat hadisələrinin 41%-ni (615) piyadaların vurulması təşkil edib, nəticədə 228 piyada həlak olub, 495-i yaralanıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 41 nəfər uşaq və yeniyetmə həlak olub, 137 nəfər yaralanıb.

www.yenicag.az

465
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv