Azərbaycanda yoluxma və vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son gündə 549 nəfər koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, 535 nəfər müalicə olunaraq sağalıb, ölüm halı qeydə alınmayıb.

Ölkədə bu günədək ümumilikdə 805 762 nəfər koronavirusa yoluxub. Onlardan 792 765 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər ölüb, hazırda aktiv xəstə sayı 3 220 nəfərdir.

Son gün ərzində 4372, hazırkı dövrədək isə 7 101 524 test aparılıb.

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 991 vaksin vurulub.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə peyvənd olunanların sayı 333, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 394, üç və daha çox doza peyvənd olunanların sayı 1 082, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 182 nəfərdir.

Azərbaycanda bu günədək vurulan vaksinlərin ümumi sayı 13 841 097, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 370 476, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 860 068, üç və daha çox doza vaksinasiya olunanların sayı 3 353 237, pozitiv nəticədən sonra buster doza üzrə peyvənd olunanların sayı isə 257 316 nəfərdir.