!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda YOXSULLUQ SƏVİYYƏSİ: “Pandemiyanın mənfi təsirləri bir qədər də güclənəcək” - ŞƏRH

!Reklam – Yazi

“Əhalinin orta əməkhaqqı səviyyəsi və bütövlükdə ölkədəki əməkhaqqı fondunun göstəriciləri üzrə ciddi geriləmə olmayıb”.

Bu fikirləri pandemiya dövrünün ölkədəki yoxsulluq səviyyəsinə təsirlərini dəyərləndirən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, əksər ölkələrlə müqayisədə Azərbaycanda yoxsulluq səviyyəsi kritik səviyyədə deyil:

“Pandemiya və sərt karantin rejimində tətbiq olunan məhdudiyyətlərin dünya iqtisadiyyatında yaratdığı böhran əlbəttə ki, Azərbaycana da təsirsiz ötüşməyib. Son aylar ərzində bu təsiri daha çox hiss etməkdəyik.

Lakin ölkədə “kölgə iqtisadiyyatı” ilə mübarizə fonunda dövlət tərəfindən həyata keçirilən anti-böhran sistem tədbirləri nəticəsində əksər iş yerlərinin açılması dinamikası müşahidə olunub.

Bu baxımdan, həm əhalinin orta əməkhaqqı səviyyəsi, həm də bütövlükdə ölkədəki əməkhaqqı fondunun göstəriciləri üzrə ciddi geriləmələrdən söhbət getmir. Bu, eyni zamanda, son illər dövlət tərəfindən sosial siyasətin prioritet kimi götürülməsinin nəticəsidir.

Digər ölkələrlə müqayisədə Azərbaycanda yoxsulluq səviyyəsi ilə bağlı vəziyyət kritik həddə deyil. Ancaq pandemiya dövrü işgüzar fəaliyyətin kəskin zəifləməsinə yol açıb. Karantinlə əlaqədar gözləntilər onu deməyə əsas verir ki, pandemiya dövrünün mənfi təsirləri bir qədər də güclənəcək”.

Gülşən Şərif

www.yenicag.az

635
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv