Naxçıvan MR Dövlət Gömrük Komitəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində daha bir əməliyyat həyata keçirib.
Yenicag.az xəbər verir ki, fakt Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində qeydə alınıb.
Belə ki, muxtar respublika ərazisindən tranzit keçməklə Türkiyəyə, oradan da təyinat ölkəsi Almaniyaya gedən İran vətəndaşının idarə etdiyi 37E82710 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı nəqliyyat vasitəsinə risk meyarı əsasında xidməti itin tətbiqi ilə gömrük baxışı həyata keçirilib. Xidməti itin reaksiyası nəticəsində yük nəqliyyat vasitəsinin qoşqusunun sandıqçasında olan ehtiyat hissənin içərisindən 5,18 kiloqram tiryək aşkarlanıb.
Faktla bağlı yerli komitənin İstintaq bölməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açıb.