!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda yük və sərnişin daşımalarının həcmi artdı

!Reklam – Yazi

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımaları 33,8 milyon ton olub ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 6,6 faiz yüksəkdir.

Bu barədə Yenicag.az-a Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə istinadən bildiriblər.

Komitənin məlumatına görə, qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə bütün yüklərin 53,3 faizi, boru kəməri ilə 34,7 faizi, dəmir yolu ilə 8,6 faizi, dəniz yolu ilə 3,3 faizi, hava nəqliyyatı ilə isə 0,1 faizi daşınıb.

Qeyd olunan dövrdə özəl sektorda yük daşımaları 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 4,2 faiz artıb. Yük daşımalarının ümumi həcmində bu sektorun payı 74,7 faiz təşkil edib.

Hesabat dövründə Azərbaycanda sərnişindaşıma 271 7 milyon nəfərdən çox olub ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 20,7 faiz yüksəkdir. Sərnişinlərin böyük hissəsi (87,1 faiz) avtonəqliyyatla, 12,4 faizi metropolitenlə, 0,5 faizi isə digər nəqliyyat növləri ilə daşınıb.

2023-cü ilin hesabat dövründə dəmiryol nəqliyyatı ilə yükdaşımalar 2,9 milyon ton (14,6 faiz artım), sərnişindaşıma isə 964 1 nəfərdən çox (57 faiz artım) olub.

Ətraflı
Cari ilin əvvəlindən dəniz nəqliyyatı ilə 1,099 milyon ton yük daşınıb ki, bu da 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 19,2 faiz çoxdur. Yük daşımalarının ümumi həcmində neftin payı 57,1 faiz təşkil edib.

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın limanlarında işlənən yüklərin həcmi 1,591 milyon tonu keçib ki, bunun da 82,7 faizi və ya 1,316 milyondan çoxunu tranzit yüklər təşkil edib. 2023-cü il martın 1-də limanlarda yüklərin həcmi 60,2 min ton təşkil edib.

Hesabat dövründə avtomobil nəqliyyatı ilə 18 milyon ton yük daşınıb ki, bu da 2022-ci ilin yanvar-fevral göstəricisindən 2,9 faiz çoxdur, bu nəqliyyat növü ilə sərnişindaşıma isə 236,6 milyon nəfər təşkil edib (il ərzində 21,4 faiz artım).

Qeyd edək ki, hesabat dövründə Bakı metropoliteni 33,8 milyon sərnişin (15,1 faiz artım) daşıyıb.

İlin əvvəlindən hava nəqliyyatı ilə 332 6 sərnişin daşınıb ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 52,2 faiz çoxdur. İl ərzində hava nəqliyyatı ilə yük daşımaları 79,4 faiz azalaaraq 21,3 min tona düşüb.

www.yenicag.az

307
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv