!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT - FOTO

!Reklam – Yazi

Əmanətlərin Sığortalanması Fondunda (ADIF) yeni təyinat olub.

Qurumdan Yenicag.az-a verilən məlumata əsasən, Cəlal Rayi Fondun Risklərin idarə edilməsi və investisiya departamentinin direktoru vəzifəsinə təyin edilib.

Bildirilib ki, Cəlal Rayi 2005-2009-cu illərdə Hindistanın Bangalore Universitetinin biznesin idarə olunması ixtisasını bakalavr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib. 2015-2017-ci illərdə isə ADA Universitetində və Niderlandın Magistr İdarəetmə Məktəbində biznesin idarə olunması ixtisası üzrə xüsusi magistr dərəcəsini bitirib.

Əlavə olaraq, o, 2018-ci ildə dünyaca məşhur Qlobal Risk Peşəkarları Birliyi İnstitunun maliyyə riskinin idarə edilməsi ixtisası üzrə sertifikatına sahib olub.

Cəlal Rayi 2012-ci ildən bu günədək həm özəl həm də dövlət təşkilatlarında peşəkar mütəxəssis kimi çalışıb.

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv