Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin (23-29 aprel) vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi məlumat yayıb.
Vurğulanıb ki, nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib.
Müəllimlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola bilərlər. Elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü olmaqla 1348 nəfər müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.
Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.
Qeyd edək ki, uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan sonra tutduqları vakansiyaya təyin olunacaqlar. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.